AZ

Əliağa Hüseynova ağır itki üz verdi

Azərbaycanın keçmiş hərbi komissarı və millət vəkili Əliağa Hüseynova ağır itki üz verib.

Generalın qardaşı Nazim Hüseynov vəfat edib.

O, uzun illər Salyan Rayon Təhsil Şöbəsində metodist və Salyan şəhər 1 saylı orta məktəbdə ingilis dili müəllimi işləyib. 87 yaşlı N. Hüseynov yaşadığı Bakı şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov  1998–2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı, 2009–2010-cu illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı, 2010–2020-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı olub.

Seçilən
10
3
news365.az

4Mənbələr