AZ

Qvineya-Bisaulu nazir: “WUF13-də təşkilatçılıq çox yüksək səviyyədədir” – VİDEO

“Düşünürəm ki, təşkilatçılıq çox yaxşı idi. Azərbaycan dövləti səviyyəsində hər şey çox yüksək dərəcədə təşkil olunub”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Qvineya-Bisaunun İctimai İşlər, Mənzil və Şəhərsalma naziri Xose Karlos Esteves deyib.

Esvetes qeyd edib ki, WUF13 çərçivəsində nazirlərin görüşündə yaşayış mühiti (Habitat) gündəliyi ilə bağlı təcrübə mübadiləsi və dialoqlar aparılıb:
 

“Bu layihə çox yaxşı inkişaf etdirilib. Biz burada təcrübələrimizi bölüşdük ki, bu məsələdə uğur qazanmış ölkələrin təcrübələrindən digərləri də yararlana bilsinlər. Beləliklə, daha az inkişaf etmiş ölkələr də özlərinin 2030-cu ilə qədər olan yaşayış mühiti gündəliyini inkişaf etdirmək üçün bundan faydalana bilərlər.


Düşünürəm ki, bu fikir mübadilələri bizə bütün dövlətlər üçün ortaq bir proqram hazırlamağa imkan verəcək. Bu proqram vasitəsilə fərqli yaşayış və inkişaf səviyyəsində olan müxtəlif dövlətlərin izləyə biləcəyi xətlər müəyyən olunacaq. Beləliklə, onlar dünya əhalisi üçün layiqli yaşayış şəraitinin yaradılması hədəflərinə nail ola bilərlər”.


Tehran Orucoğlu, Bizim.Media

Seçilən
12
1
bizim.media

2Mənbələr