AZ

Çeçalaşvili: WUF13 forumu Azərbaycanın beynəlxalq nüfuzunun gücləndiyini göstərir

Belə yüksək səviyyəli beynəlxalq forumun Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və güclənən reputasiyasının göstəricisidir.

Bunu "Far.Az"un Gürcüstan bürosuna açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Valeri Çeçalaşvili Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı deyib.

Analitik bildirib ki, bu, ilk növbədə, Azərbaycan üçün yaxşıdır, eyni zamanda, bütövlükdə Cənubi Qafqaz üçün də müsbət haldır: "Çünki region olaraq biz beynəlxalq siyasi maraqlar xəritəsində daha ciddi şəkildə görünməyə başlayırıq".

V.Çeçalaşvilinin firincə, Azərbaycanın uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər regionun inkişaf perspektivlərinə də müsbət təsir göstərir.

Onun sözlərinə görə, urbanizasiya və şəhər siyasəti ilə bağlı məsələlər regional əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır: "Bu tədbir təkcə Azərbaycan üçün deyil, həm də Gürcüstan və Ermənistan üçün əhəmiyyətlidir. Urbanizasiya və şəhər siyasəti ilə bağlı məsələlər çox vacibdir və onları kollektiv şəkildə həll etmək, təcrübələri, hətta buraxılmış səhvləri bölüşmək, kompetensiyaları paylaşmaq lazımdır. Belə konfransların əsas məqsədi də məhz budur".

Siyasi şərhçi forumun uğurlu və faydalı olacağına inandığını vurğulayıb: "Düşünürəm ki, bu forum çox uğurlu və faydalı olacaq. Mən Azərbaycanı qarşıda duran bu mühüm addım münasibətilə təbrik etmək istəyirəm".

Seçilən
24
1
far.az

2Mənbələr