AZ

Ronaldulu "Əl-Nəsr" finalda uduzdu

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" Asiya Çempionlar Liqasının ikinci divizionunun final matçında Yaponiya "Qamba Osaka"sı ilə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, Ər-Riyaddakı "Kinqdom Arena"da baş tutan qarşılaşma yaponların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundakı yeganə qola 30-cu dəqiqədə Dəniz Hümmət imza atıb.

"Əl-Nəsr"in 41 yaşlı hücumçusu Kriştianu Ronaldu ilk dəqiqələrdən sonadək meydanda olub.

Yarımfinalda "Əl-Nəsr" Qətər "Əl-Əhli"sini 5:1, "Qamba Osaka" isə Tailand "Banqkok"unu 3:0 hesabı ilə yenmişdi.

Toğrul

 

Seçilən
12
fanat.az

1Mənbələr