AZ

''Qalatasaray'' çempionluq kubokuna qovuşdu - TFF-dən heç kim tədbirə qatılmadı!

''Qalatasaray'' 26-cı çempionluğu münasibətilə qazandığı kuboka dünən qovuşdu. Komandanın çempionluq tədbiri yerli vaxtla saat 16.00-da başladı. Futbolçular üstüaçıq avtobusla ''Qalatasaray'' litseyindən yola çıxdılar.

Belə desək, şəhər turu 3 saata yaxın davam etdi. Saat 19.00-da isə ''Rams Park''da tədbir başladı. 2 saat ərzində DJ performansları və dron şousu nümayiş etdirildi. Saat 21.00-dan sonra prezident Dursun Özbək ''böyük başqan'' və ''bu tərəfdar səninlə qürur duyur'' təzahüratları altında platformaya gəldi. Daha sonra məşqçilər korpusu, sonda da bir-bir futbolçular stadionun mərkəzində quraşdırılmış platformaya gəldilər.

Gecənin ən diqqətçəkən məqamı Türkiyə Futbol Federasiyasından heç bir nümayəndənin tədbirdə iştirak etməməsi oldu. Çempionluq kubokunu başqan Dursun Özbək özü komandaya təqdim etdi. Özbək tədbirin ardından jurnalistlərə açıqlamalar verərək bunları dedi:

''26-cı çempionluğumuzu çox gözəl şəkildə qeyd etdik. Əla atmosfer var idi. Camiəmizə xeyirli olsun. Hər kəsə təşəkkür edirəm. Bütün ''Qalatasaray''lılar bu sevinci doya-doya yaşasınlar. İkardi ilə inşallah yaxın günlərdə görüşüb gələcəyini müzakirə edəcəyik. Çox sevdiyimiz futbolçudu. Kluba çox şey verib. Bizim ikonamızdı. Tədbirə federasiyadan heç kimin qatılmamasının səbəbini bilmirəm. Gəlmədilər. Başqa nə deyim? Nə qədər gözləsək də, gəlmədilər. Torreyra bizim oyunçumuzdu. Nə üçün ayrılsın ki?''
Seçilən
22
1
football-plus.az

2Mənbələr