AZ

İranlı nazir müavini: Hökumət yenidənqurma planı hazırlamağa başlayacaq, Azərbaycanın da təcrübəsini öyrənəcəyik FOTO

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"İran İslam Respublikası UN-Habitatın İcraiyyə Şurasının üzvüdür və son bir neçə ildə də UN-Habitat-a üzv dövlət kimi yaxşı əməkdaşlıq və münasibətlərə malik olub. Bu çərçivədə İran İslam Respublikasının şəhərsalma və mənzil təminatı planlaşdırılması sahəsində yaxşı təcrübələri var və bunların hamısı dayanıqlı şəhər inkişafı ilə uyğunluq təşkil edir".

Bunu WUF13-də iştirak edən İranın yol və şəhərsalma nazirinin müavini Qulamrza Kazemian Şirvan APA-ya müsahibəsində deyib.

O bildirib ki, WUF13 İran nümayəndə heyəti üçün həm təcrübələrini beynəlxalq tədbirlərdə bölüşmək, həm də digər ölkələrin təqdim etdiyi beynəlxalq ən yaxşı təcrübələrdən öyrənmək üçün unikal platformadır: "UN-Habitat ilə uğurlu əməkdaşlıq nümunələrindən biri də 2018-ci ildə İran İslam Respublikası ilə birgə hazırlanmış Milli Şəhər Siyasəti sənədidir. Biz bu sənədin hazırlanması və tətbiqi sahəsində təcrübələrimizi bölüşürük və onun icrasından əldə etdiyimiz faydaları beynəlxalq səviyyədə təqdim edirik. Bu, həmçinin şəhərsalma və mənzil inkişafı sahəsində təcrübələrimizi digər ölkələrlə paylaşmaq üçün imkan yaradır.

İqlim fəaliyyəti, iqlim dəyişikliyi ilə bağlı məsələlər və böhran idarəçiliyi sahəsində, xüsusilə ortaq mədəni, sosial və tarixi bağlara malik qonşu ölkələrlə təcrübələrimizi paylaşa bilərik.

Xüsusilə Xəzər dənizi və onun sahil şəhərlərinə fokuslanmaqla bu sahələrdə yaxşı əməkdaşlıq çərçivəsi qurula bilər. Bu sahələrdə yaxşı əməkdaşlıq edə bilərik. Xəzər dənizi sahilyanı ölkələr üçün əsas tarixi irslərdən biri kimi bu ölkələr arasında əməkdaşlığın əsas platforması ola bilər.

Eyni şəkildə İran və Azərbaycan arasında da bu sahədə əməkdaşlıq mümkündür. Bu forum vasitəsilə çatdırmaq istədiyimiz digər mesaj isə ABŞ və İsrailin ölkəmizə qarşı apardığı müharibənin nəticələri ilə bağlıdır. Çünki biz 2025 və 2026-cı illərdə ölkəmizə qarşı iki müharibəni yaşadıq. Bu müharibələr 150 mindən çox yaşayış vahidinin dağıdılmasına səbəb oldu. Bu, ölkə üzrə 350-dən çox şəhər və qəsəbəyə təsir göstərdi. Biz burada bu dağıntıların, hücumların və onların şəhər infrastrukturu və yaşayış evlərinə təsirlərinin bir hissəsini nümayiş etdirdik.

Qeyd etmək istəyirəm ki, biz heç vaxt müharibə başlamamışıq. Amma müharibə bizə qarşı olub.

Biz burada üzv ölkələrə bu müharibənin ölkəmiz üçün yaratdığı nəticələri düzgün şəkildə çatdırmağa və onların dəqiq məlumat əldə etməsinə çalışırıq.

Qısamüddətli prioritetimiz müharibədən zərər çəkmiş şəhər və qəsəbələrin yenidən qurulması üçün zəmin hazırlamaq və bu yenidənqurma prosesində iştirakçı mexanizmlər formalaşdırmaqdır".

Nazir müavininin sözlərinə görə, müharibə şəhər infrastrukturuna dağıdıcı təsir göstərib: "Hökumət artıq yenidənqurma planı hazırlamağa başlayacaq. Bu çərçivədə planlarımızdan biri də Azərbaycan daxil olmaqla, müharibədən zərər çəkmiş digər ölkələrin təcrübələrini öyrənməkdir".

O, Azərbaycan və İran arasındakı nəqliyyat, logistika dəhlizlərlə bağlıli həyata keçirilən layihələrin son durumuna da aydınlıq gətirib: "Prezident səviyyəsində İran bu məsələnin inkişaf etdirilməsində və ikitərəfli əməkdaşlığın gücləndirilməsində maraqlıdır.

Astara-Rəşt layihəsi müəyyən irəliləyiş mərhələsində idi. Lakin son müharibədə ABŞ və İsrailin hücumları prosesə təsir göstərdi. Buna baxmayaraq, biz prosesi yenidən sürətləndirməyi planlaşdırırıq.

Hökumət bu layihəni davam etdirməkdə qərarlıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
apa.az

2Mənbələr