AZ

“İranda tullantıların idarə olunması istiqamətində mühüm addımlar atılır” - VİDEO

İran iqtisadi təzyiqlərə baxmayaraq dayanıqlı şəhər inkişafı, urbanizasiya və sosial rifah sahəsində fəaliyyətini davam etdirir.

Bizim.Media xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin şəhərsalma və memarlıq üzrə müavini Qulamreza Kazemian Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə şəhər infrastrukturlarının genişləndirilməsi, çoxölçülü yoxsulluğun azaldılması, icmaəsaslı şəhər yenilənməsi proqramlarının həyata keçirilməsi, eləcə də iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılması və tullantıların idarə olunması istiqamətində mühüm addımlar atılır.


Bizim.Media

Seçilən
27
bizim.media

1Mənbələr