AZ

Misli premier-liqasından dünya çempionatına kim gedəcək? – hər şey Kannavarodan asılıdı!

Təəssüf ki, Azərbaycan yığmasının dünya çempionatında iştirakı hələ çox uzaqdadı. Bəlkə də indi həyatda olan futbolsevərlərdən heç birinin görə bilməyəcəyi qədər uzaqda... Amma Misli premyer-liqasında çıxış edən futbolçulardan birinin gələn ay start götürəcək dünya çempionatında iştirakı çox realdı. Söhbət “Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyevdən gedir. Bu məsələdə hər şey Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavarodan asılıdı. Düzdü, italiyalı mütəxəssis mayın 5-də açıqladığı 40 nəfərlik siyahıya “bayquşlar”ın dayaq yarımmüdafiəçisinin də adını salıb. Ancaq bu siyahıdan daha 14 futbolçunun adı çıxarılmalıdı ki, bunun üçün hələ vaxt var. Yığmalar iyunun 1-nə qədər FİFA-ya yekun heyəti təqdim etməlidi.
Bəs Umaraliyə mane olası əsas məqamlar hansılardı? İlk növbədə yaşı! 23 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-20 yığmasının heyətində 2023-də Asiya kubokunun qalibidi, ancaq bu il cəlb olunduğu yığmada cəmi bir oyun keçirib. Kannavaronun 40 nəfərlik siyahısında yarımmüdafiəçi mövqeyində Türkiyə, İran, BƏƏ çempionatlarında oynayan, milli formanı ən azı 30 dəfə geyən futbolçular var. Hər halda, bu nağılın sonunu gözləməyə dəyər!
Onu da xatırladaq ki, yarımmüdafiənin mərkəzində və hücumameyilli yarımmüdafiəçi kimi də oynamağı bacaran Umaralinin “transfermarkt” dəyəri 800 min avrodu.
ORXAN

Seçilən
15
2
football-plus.az

3Mənbələr