AZ

Bu tədbir Azərbaycanda milli hökumət, yerli hakimiyyət və xalq arasında əməkdaşlığın göstəricisidir - Farid Dahmane

Bakı. TurkicWorld:

Bu tədbir qardaş Azərbaycan Respublikasında milli hökumət, yerli hakimiyyət və xalq arasında əməkdaşlığın göstəricisidir.

TurkicWorld xəbər verir ki, bunu Əlcəzairin Keniyadakı səfiri Farid Dahmane Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq respublikanın adı və gələcək inkişafı naminə həyata keçirilən, qabaqcıl inkişaf prosesinin tərkib hissəsidir:

"Bu, davamlı inkişaf məqsədlərinə nail olmaq üçün irəliyə yönəlmiş və çoxşaxəli gündəliyi aşan geniş bir yanaşmadır. Biz inanırıq ki, bu inkişaf prosesi yeni və mühüm mərhələyə qədəm qoyur.

Əlcəzair hökuməti mənzil böhranının aradan qaldırılması və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ilk təşəbbüslərini davam etdirir. Bu isə cəmiyyətin bütün təbəqələrinə yönəlmiş yaşayış proqramlarının həyata keçirilməsi vasitəsilə baş tutur.

Əlcəzairdə həyata keçirilən gücləndirmə və yenidənqurma proqramları uğur qazanaraq həssas yaşayış məntəqələrinin bərpasına, layiqli mənzillərin və əsas avadanlıqların təmin olunmasına imkan yaradıb. Bununla yanaşı, Əlcəzair yerli inkişaf proqramlarını gücləndirib, layihələrin icrasını və ictimai xidmət obyektlərinin yaradılmasını sürətləndirərək inkişafın genişlənməsinə nail olub".

Seçilən
29
2
turkic.world

3Mənbələr