AZ

Khemro Benq Honq Soçeat WUF13-də Kambocanın şəhər siyasətinin prioritetləri barədə danışıb

Kamboca "yaşıl" infrastrukturun inkişafı, şəhərlərin rəqəmsallaşdırılması və həssas qruplar üçün sosial kirayə də daxil olmaqla, əhalinin əlçatan mənzillə təmin edilməsi üzrə proqramlar həyata keçirir.

"Report" xəbər verir ki, bu barədə Kambocanın Torpaq Quruluşu və Şəhərsalma Baş İdarəsinin baş direktoru Khemro Benq Honq Soçeat Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında ölkəsinin şəhər siyasətinin əsas istiqamətlərindən danışarkən bildirib.

Onun sözlərinə görə, Kamboca şəhər planlaşdırmasına inklüziv yanaşmalar tətbiq edir, şəhərlərin həddindən artıq istiləşməsinin təsirlərinin azaldılması istiqamətində tədbirlər həyata keçirir, "yaşıl" infrastrukturu və şəhərlərin rəqəmsallaşmasını, eləcə də əhalinin həssas qrupları üçün icarə də daxil olmaqla, əlçatan və sosial mənzil proqramlarını inkişaf etdirir.

O qeyd edib ki, Kamboca hökuməti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Pnompendə şəhər inkişafı və mənzil tikintisi üzrə üçüncü Milli Forum keçirib və burada Yeni Şəhər Gündəliyinin və Davamlı İnkişaf Məqsədlərinin milli siyasətə inteqrasiyası məsələləri müzakirə olunub.

"Mənim ölkəm həmçinin dövlət-özəl tərəfdaşlığını gücləndirir, aztəminatlılar üçün torpaq konsessiyası proqramlarını genişləndirir, torpaq qeydiyyatı sahəsində islahatlar aparır, eləcə də investorların etimadının möhkəmləndirilməsi və dayanıqlı şəhər inkişafı üçün şəffaflığı artırır", - o bildirib.

Seçilən
29
musavat.com

1Mənbələr