
“Çelsi” rəsmi saytında Xabi Alonsonun baş məşqçi təyin olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, ispan məşqçi iyulun 1-i vəzifəsinin icrasına başlayacaq.
Alonso dörd illik müqavilə imzalayıb.
“Onun təyinatı klubun onun geniş təcrübəsinə, məşqçilik bacarığına və oyun tərzinə, liderlik keyfiyyətlərinə, xarakterinə və dürüstlüyünə olan inamı əks etdirir ki, bu da ondan “Çelsi”nin inkişafının növbəti mərhələsinə rəhbərlik etmək üçün kömək istəmək qərarında əsas amillər idi”, - London klubunun açıqlamasında deyilir.