AZ

Povilas Poderskis: “Mənzil investisiyaları əlçatanlıq və iqlim səmərəliliyini təşviq etməlidir”

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mənzil investisiyaları əlçatanlığı və iqlim səmərəliliyini təşviq etməlidir.”Bizim.Media xəbər verir ki, bunu Litvanın Ətraf Mühit Nazirliyinin kansleri Povilas Poderskis Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında çıxışı zamanı bildirib.O qeyd edib ki, Litva üçün mənzil sektoru yalnız bir sahə deyil, həm də təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin əsasını təşkil edir:

 

“Buna nail olmaq üçün üç əsas istiqamət vacibdir: aydın planlaşdırma, yerli hökumətlərin gücləndirilməsi və real, ölçülə bilən nəticələr. Litva bu üç istiqamətdə fəaliyyət göstərir.”

Nümayəndə çıxışında müharibədən zərər görmüş şəhərlərə də toxunaraq, xüsusilə Ukraynadakı yaşayış məntəqələrinin üzləşdiyi dağıntılara diqqət çəkib.Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bizim.media

2Mənbələr