AZ

Yubileyə kölgə salan fakt: “Neftçi”nin 10 oyunluq həsrəti

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının 32-ci turunda bu gün keçiriləcək "Sabah" - "Neftçi" oyunu yubileylə əlamətdar olacaq. Sport24.az xəbər verir ki, bugünkü matç komandaların çempionatdakı 30-cu dueli kimi tarixə düşəcək.Əvvəlki 29 qarşılaşmanın 13-də "ağ-qaralar", 9-da "bayquşlar" meydanı üç xalla tərk edib. 7 görüşdə heç-heçə qeydə alınıb.Topların nisbətində də hazırkı qonaqlar öndədir - 34:24. Lakin "Neftçi" Premyer Liqadakı son 10 matçda "Sabah"a qalib gələ bilmir. Komandanın sonuncu belə qələbəsi 2023-cü il mayın 28-də qeydə alınıb - 1:0.Qeyd edək ki, bu gün keçiriləcək "Sabah" - "Neftçi" oyunu saat 18:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
sport24.az

1Mənbələr