Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakıda hökm sürən əlverişsiz hava şəraiti magistraturaya qəbul imtahanında ciddi narazılığa səbəb olub.
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, güclü yağış səbəbindən bir çox bakalavr imtahan binalarına vaxtında çata bilməyib.
Dövlət İmtahan Mərkəzi (DİM) məsələ ilə bağlı rəsmi açıqlama yayaraq, hava şəraiti nəzərə alınmaqla gecikən şəxslərin imtahanda iştirakının təmin olunduğunu elan edib.
Lakin qurumun sözügedən bəyanatından sonra imtahan verən gənclərin yaxınları və valideynlər sosial şəbəkədə bunu təkzib ediblər. Onların sözlərinə görə, rəsmi açıqlamaya baxmayaraq, imtahan mərkəzlərinin qapıları gecikən bakalavrların üzünə bağlanıb və onlar içəri buraxılmayıblar.


Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.