"Qəbələ" bu mövsüm bir neçə gürcü futbolçunu komandaya c əlb etmək istəsə də bu, baş tutmayıb.
Rekord.az-a açıqlamasında bunu komandanın baş məşqçisi Kaxaber Sxadadze deyib.
O, bunun səbəbini belə izah edib: "Bizim istədiyimiz gürcü futbolçuların qiyməti çox baha idi, o pulu verə bilmədiyimizdən "Qəbələ"yə gətirə bilmədik".