AZ

Say Samal: Kamboca ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Kamboca ilə Azərbaycan arasında münasibətlər çox yaxşıdır. İki ölkə arasında urbanizasiya ilə yanaşı, digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

 

Bunu Kambocanın Baş nazirinin müavini Say Samal Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində müsahibəsində bildirib.

 

“Azərbaycan Kambocanın yaxşı dostudur. Şəhərsalma ilə yanaşı, bir çox digər sahələrdə də əməkdaşlıq edə bilərik. Vaxtilə Azərbaycanda təhsil almış bir çox kambocalı hazırda ölkəmizdə fəaliyyət göstərir”, – deyə Say Samal əlavə edib.

 

O, həmçinin Azərbaycanın WUF13-ə ev sahibliyi etməsini yüksək qiymətləndirib. Azərbaycanın dayanıqlı şəhərsalma üzrə qlobal gündəmdə oynaya biləcəyi roldan danışan Say Samal ölkənin şəhərlərin inkişafı üçün ümumi prinsiplərin və əməkdaşlıq mühitinin formalaşdırılmasına töhfə verə biləcəyini bildirib.

 

Azərtac

Tarix: 17 May 2026, 11:56   
Seçilən
14
3
pravda.az

4Mənbələr