AZ

Moskvaya kütləvi və böyük hücum KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Gecə ərzində hava hücumundan müdafiə qüvvələri Moskva səmasında 81 pilotsuz uçuş aparatını vurub. Ümumilikdə isə son sutka ərzində paytaxta doğru yönələn 120-dən çox PUA zərərsizləşdirilib.

Hadisə nəticəsində ilkin məlumata görə, 12 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Pilotsuz uçuş aparatı Moskva Neft Emalı Zavodu yaxınlığında yerləşən keçid məntəqəsinə düşüb. Nəticədə tikinti növbəsində çalışan işçilər xəsarət alıblar.

Bildirilib ki, Ximki şəhərində dronun düşməsi nəticəsində bir qadın həlak olub. Daha bir nəfər dağıntılar altında qalıb.

Bundan başqa, bir neçə bələdiyyədə infrastruktur obyektlərinin də hücuma məruz qaldığı bildirilir.

Moskva hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Şeremetyevo Beynəlxalq Hava Limanı ərazisinə də pilotsuz aparat qalıqları düşüb. Hava limanının mətbuat xidməti dağıntı və xəsarət alan olmadığını açıqlayıb.

https://konkret.az/cloud/uploads/2026/05/WhatsApp-Video-2026-05-17-at-11.40.16.mp4

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
konkret.az

2Mənbələr