AZ

Qay Rayder: Yeni şəhərsalma gündəliyinin uğurlu icrası üçün növbəti onillik həlledici olacaq

Yeni şəhərsalma gündəliyinin həyata keçirilməsi istiqamətində irəli sürülən təşəbbüslərin konkret mexanizmlərlə dəstəklənməsi böyük əhəmiyyət daşıyır. Qarşıdakı 10 il urbanizasiya siyasətinin effektiv icrası baxımından həlledici mərhələ olacaq.

 

Bu fikirləri Birləşmiş Millətlər Təşkilatında siyasət məsələləri üzrə Baş katibin müavini Qay Rayder Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündə videomüraciəti zamanı səsləndirib.

 

O bildirib ki, əsas məqsədlərdən biri əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, yerli və regional idarəetmə orqanları arasında koordinasiyanın daha da artırılmasıdır.

 

Qay Rayder vurğulayıb ki, yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi yalnız müzakirələrlə məhdudlaşmamalı, konkret nəticələrlə müşayiət olunmalıdır.

 

BMT rəsmisi əlavə edib ki, qarşıdakı dövrdə urbanizasiya siyasətinin uğurlu icrası üçün siyasi iradə, institusional koordinasiya və davamlı əməkdaşlıq xüsusi əhəmiyyət daşıyacaq.

Tarix: 17 May 2026, 11:38   
Seçilən
3
11
pravda.az

10Mənbələr