AZ

İlham Əliyev Tokayevi doğum günü münasibətilə təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim rifah və tərəqqi arzulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqətə və səmimi təbriklərə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Seçilən
16
42
yeniavaz.com

10Mənbələr