AZ

Konqo urbanizasiya və yaşayış mühiti üzrə onillik plan üzərində iş aparır

Konqo 2026-2036-cı illəri əhatə edən urbanizasiya və yaşayış mühiti üzrə onillik plan üzərində iş aparır.

"Report" xəbər verir ki, bunu ölkənin urbanizm və mənzil tikintisi naziri Alfons Klod Nsilu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

Nazir qeyd edib ki, ölkə urbanizasiya proseslərinin misli görünməmiş mərhələsini yaşayır.

"Hər il şəhərlərimizə bir milyondan çox yeni sakin köçür. Ölkənin paytaxtı - təxminən 17 milyon əhalisi olan Kinşasa dünyanın ən sürətlə böyüyən meqapolisləri sırasına daxildir. Konqonun məlumatlarına görə, ev təsərrüfatlarının 82 %-i torpaq üzərində rəsmi mülkiyyət hüququndan məhrumdur və mənzil çatışmazlığı 9 milyon təşkil edir. Bu vəziyyətlə əlaqədar olaraq respublika hökuməti urbanizasiyanı milli prioritet kimi müəyyənləşdirib. Biz 2026-2036-cı illər üçün urbanizasiya və yaşayış mühiti üzrə onillik plan hazırlayırıq, onun da vəzifəsi urbanizasiya proseslərini iqtisadi, sosial və ekoloji tərəqqi alətinə çevirməkdir", - A.Nsilu vurğulayıb.

Onun sözlərinə görə, bu plan üç əsas istiqamətə əsaslanır: qabaqlayıcı planlaşdırma, şəhərlərin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi dəhlizlər boyunca kiçik və orta şəhərlərin inkişafı.

Seçilən
17
2
far.az

3Mənbələr