AZ

Mançester Yunayted də baş məşqçi ilə bağlı son qərar

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Baş məşqçi Maykl Kerrik "Mançester Yunayted"lə müqaviləsini uzadıb. Sport24.az "Sky Sports"a istinadən xəbər verir ki, müqavilə iki mövsüm üçün nəzərdə tutulub və daha bir il müddətinə uzadılması mümkündür.

Müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlamanın yaxın 24-48 saat ərzində veriləcəyi gözlənilir.

Qeyd edək ki, Kerrik 2026-cı il yanvarın 13-də, 2025/26 mövsümünün sonuna qədər məşqçi vəzifəsini icra etməyə başlayıb və işdən çıxarılan Ruben Amorimi əvəz edib. Kerrikin rəhbərliyi altında "Mançester Yunayted" Çempionlar Liqasına vəsiqə qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
sport24.az

1Mənbələr