AZ

AZAL Naxçıvana reysləri bərpa etdi

"Azərbaycan Hava Yolları" QSC (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.Metbuat.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunur.

"Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zərüri tədbirlər həyata keçirilir", - məlumatda qeyd olunub.

Seçilən
0
39
metbuat.az

10Mənbələr