"Biz təkcə binalar inşa etmirik, həm də insan kapitalının təhlükəsizliyini və gələcəyini formalaşdırırıq”.Metbuat.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən nazirlər iclasındakı çıxışında deyib. O bildirib ki, Kito bəyannaməsindən keçən on il ərzində əldə etdiyimiz təcrübə göstərir ki, inklüziv şəhərsalma olmadan iqlim dayanıqlılığına nail olmaq qeyri-mümkündür: “Bakı Forumu bizə qlobal çağırışları yerli həllərlə birləşdirmək üçün unikal imkan yaradır. Biz maliyyə resurslarının səfərbər edilməsi, innovativ şəhərsalma modellərinin tətbiqi və ən əsası, heç bir icmanın prosesdən kənarda qalmamasını təmin etmək üçün hökumətlərlə sıx əməkdaşlığı davam etdirməliyik."Gülbəniz Hüseynli / Metbuat.az