AZ

Alexis Moungui: “Bakının inkişaf tempinə heyranıq”

Alexis
“Bakıya gəlişimizdən sonra ilk təəssüratımız burada baş verən iqtisadi transformasiya və şəhər inkişafının sürətinə heyranlıq oldu.” 1news.az xəbər verir ki, bu sözləri Demokratik Konqo Respublikasının şəhərsalma və mənzil təminatı naziri Alexis Moungui Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Alexis Moungui bildirib ki, Bakıda baş verən sürətli şəhər transformasiyası onu səmimi şəkildə ilhamlandırıb və bu modeldən çox şey öyrənmək mümkündür. Onun sözlərinə görə, nümayəndə heyəti müxtəlif ölkələrin şəhər inkişafı sahəsində əldə etdiyi təcrübəni öyrənmək üçün forumda iştirak edir. Nazir həmçinin qeyd edib ki, forum Demokratik Konqo Respublikasını beynəlxalq səviyyədə tanıtmaq, investisiyalar cəlb etmək və Afrikanın böyük investisiya imkanlarına malik bir region olduğunu göstərmək üçün mühüm platformadır.

Alexis Moungui əlavə edib ki, onlar həm beynəlxalq tərəfdaşlarla, həm də özəl sektor investorlari ilə əməkdaşlığın genişlənməsini gözləyirlər ki, Konqo və ümumilikdə Afrika perspektivli investisiya məkanı kimi təqdim olunsun.

Seçilən
28
1
1news.az

2Mənbələr