AZ

Ekstremal istilər, sel və daşqınlar ilə bağlı təcili XƏBƏRDARLIQ edildi

2026-cı ildə təsirli olacağı gözlənilən “Super El Nino” səbəbindən Türkiyədə ekstremal istilər, sel və daşqın riskinin ciddi şəkildə artacağı bildirilir.

Musavat.com-un xəbərinə əsasən, mütəxəssislər xəbərdarlıq edirlər ki, isti hava dalğaları temperaturun 40 dərəcəni keçməsinə səbəb ola bilər.

Bununla yanaşı, güclü yağışlar, sel və daşqın hadisələrinin də artacağı ehtimal olunur.

Professor Orhan Şen “CNN Türk”ə açıqlamasında bildirib ki, 1997-ci ildən sonra müşahidə olunan ən güclü “Super El Nino” dalğası yaxınlaşır. Onun sözlərinə görə, “El Nino” prosesi iyul ayında başlayacaq, payız və qış aylarında isə təsirini daha da artıracaq.

Professor Şen qeyd edib ki, xüsusilə iyul, avqust və sentyabr aylarında bir-birinin ardınca güclü isti hava dalğaları yaşanacaq. Payız mövsümündə isə intensiv yağışlar, daşqınlar və sel hadisələrinin daha tez-tez baş verməsi gözlənilir.

Qeyd edək ki, “El Nino” Sakit okeanın şərqində dəniz səthinin temperaturunun artması nəticəsində yaranan meteoroloji hadisədir. Bu proses dünyanın bir çox bölgəsində təbii fəlakət riskini artırır.

Seçilən
11
2
ekologiya.az

3Mənbələr