AZ

UFC nin sabiq çempionu qayıtdı və 17 saniyəyə qalib gəldi VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bu gün ABŞ-də qarışıq döyüş sənətləri üzrə MVP liqasının debüt turniri keçirilib.

İdman.Biz xəbər verir ki, gecənin əsas hadisəsində UFC “Şöhrət Zalı”nın üzvü və təşkilatın yünhül çəki dərəcəsində sabiq çempionu Ronda Rouzi “Strikeforce” tituluna sabiq iddiaçı Cina Karano ilə qarşılaşıb.

Döyüş artıq 17-ci saniyədə başa çatıb. Görüşün startından dərhal sonra Rouzi teykdaun edib, sonra isə qol ağrısı fəndini uğurla yerinə yetirib. Karano təslim olmaq məcburiyyətində qalıb və bundan sonra referi qarşılaşmanı dayandırıb.

39 yaşlı Rouzi üçün bu qələbə MMA-da peşəkar karyerasında 13-cü olub. Amerikalı idmançı bütün qələbələrini vaxtından əvvəl qazanıb. O, həmçinin cüdo üzrə 2008-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

43 yaşlı Karano MMA qaydaları üzrə ilk döyüşünü 2009-cu ilin avqustundan sonra keçirib. İndi onun aktivində yeddi qələbə və iki məğlubiyyət var.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
icma.az

1Mənbələr