AZ

Anar Quliyev: WUF13 əvvəlki forumlardan bir sıra yenilikləri ilə fərqlənəcək

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 may, AZƏRTAC

“Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasından (WUF13) gözləntilərimiz böyükdür”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Komitə sədri bildirib ki, builki forum əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənəcək. Onun sözlərinə görə, müxtəlif yeni təşəbbüslər və tədbirlər təşkil olunacaq, o cümlədən məhəllələr və urban məkanlarla bağlı xüsusi seqment ilk dəfə Azərbaycanda keçiriləcək.

“Bu, dünya dövlətlərinin şəhərsalma və urbanizasiya məsələlərinə verdiyi önəmin göstəricisidir. Bakı artıq qlobal urbanizasiya gündəliyinin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilməkdədir”, – deyə Anar Quliyev vurğulayıb.

Müxbir - Göyçək Mahmudlu, Vüqar Qurbanoğlu,

Fotoqraf - Tofiq Babayev

Operator - Vüsal Tağıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
7
azertag.az

8Mənbələr