Kuba hakimiyyəti ABŞ-ın mümkün işğal planından qorxaraq ölkənin müdafiəsini gücləndirməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşr mənbəsinə istinad edib. Mənbənin məlumatına görə, Kuba vətəndaşları artıq kütləvi şəkildə hərbi təlimlər keçirlər, ölkədə hərbi hazırlıqlar gücləndirilib və insanlar ABŞ ordusunun hücumu reallaşacağı təqdirdə partizan müharibəsinə hazırlaşdırılırlar. Ölkənin Mülki Müdafiə Agentliyi isə evlərə hərbi hücum zamanı necə hərəkət etmək barədə tövsiyələri özündə əks etdirən xüsusi "ailə bələdçisi" kitabçaları paylayıb.