AZ

Türk futbolçu 41 yaşlı Ronaldoya ŞOK yaşatdı - VİDEO 

Asiya Çempionlar Liqasının ikinci divizionunun final matçında Yaponiyanın "Qamba Osaka" klubu ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası üz-üzə gəlib.

Musavat.com xəbər verir ki, Ər-Riyadda baş tutan matçda "Qamba Osaka" "Əl-Nəsr" üzərində 1:0 hesablı qələbə qazanaraq çempion olub.

Qarşılaşmanın yeganə qolunu 29-cu dəqiqədə 29 yaşlı türk futbolçu Deniz Hümmet vurub. Onun dəqiq zərbəsi "Qamba Osaka"ya tarixi zəfər qazandırıb. Hümmet Merih Demiraldan sonra bu turnirdə çempionluq yaşayan növbəti türk futbolçu kimi tarixə düşüb.

cristiano-ronaldoyu-sampiyonla-19853664-7718_1_m.jpg

Karyerası ərzində saysız-hesabsız uğurlar qazanan, 971 qola imza atan və 1000 qol həddinə çatmağı hədəfləyən Kriştiano Ronaldo isə 2023-cü ildən formasını geyindiyi "Əl-Nəsr" ilə yenə kubok sevinci yaşaya bilməyib.

Musavat.com

Seçilən
95
musavat.com

1Mənbələr