AZ

Malta öz vətəndaşlarına “ChatGPT Plus“ xidmətini pulsuz təqdim edən ilk ölkə olacaq

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Malta dünyada bütün vətəndaşlarına pulsuz "ChatGPT Plus" təqdim edən ilk ölkə olacaq.

Moderator.az xəbər verir ki, "OpenAI" şirkəti "Süni intellekt hamı üçün" adlı milli proqramın başladığını açıqlayıb.

Razılaşmaya əsasən, Malta sakinləri süni intellektdən istifadə üzrə kurs keçdikdən sonra bir il müddətində "ChatGPT Plus" abunəliyindən ödənişsiz yararlana biləcəklər.

Layihənin koordinasiyasını Maltanın Rəqəmsal İnnovasiyalar İdarəsi həyata keçirəcək.

"Malta bu miqyasda tərəfdaşlıq başladan ilk ölkədir. Çünki biz vətəndaşlarımızın rəqəmsal dövrdə geridə qalmasına imkan vermirik. İnsanlarımızı qlobal dəyişikliklərin ön sırasına çıxarırıq", - deyə Maltanın iqtisadiyyat, sahibkarlıq və strateji layihələr naziri Silvio Şembri qeyd edib.

Proqram Maltadan kənarda yaşayan ölkə vətəndaşları üçün də əlçatan olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
2
moderator.az

3Mənbələr