AZ

Kreml Putinin Çinə səfərinin tarixini və proqramını açıqladı

Rusiya Prezidenti Vladimir Putin 19-20 may tarixlərində Çin lideri Si Cinpinin dəvəti ilə Çinə rəsmi səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, səfər "Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında" müqavilənin imzalanmasının 25-ci ildönümünə təsadüf edəcək.

 

Rusiya və Çin liderləri ikitərəfli münasibətlərdəki mövcud məsələləri, Rusiya ilə Çin arasında hərtərəfli tərəfdaşlığı və strateji qarşılıqlı əlaqəni daha da dərinləşdirmək yollarını müzakirə edəcək, əsas beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

 

Danışıqlardan sonra birgə zirvə bəyannaməsinin və bir sıra ikitərəfli hökumətlərarası, idarələrarası və digər sənədlərin imzalanması planlaşdırılır.


 

Seçilən
5
6
senzor.az

8Mənbələr