AZ

Günə qəhvə ilə başlayanlar daha çox yorulur Alimlər təsdiqlədi

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Neyrobioloqlar səhər oyanan kimi qəhvə içməyin zərərli tərəflərini üzə çıxarıb. Mütəxəssislərin fikrincə, erkən saatlarda qəbul edilən kafein gün ərzində enerjini artırmaq əvəzinə qəfil yorğunluğa və beyin dumanına səbəb olur.Demokrat.az xəbər verir ki, bədən oyandığı ilk 60-90 dəqiqə ərzində kortizol hormonunu təbii yolla ən yüksək səviyyəyə çatdırır. Bu mərhələdə orqanizmə kafein daxil etmək həmin təbii prosesi pozur və bədəni tamamilə süni stimullaşdırıcıdan asılı vəziyyətə salır. Nəticədə bədənin təbii oyanma mexanizmi zəifləyir.Ekspertlər bu bioloji toqquşmanın qarşısını almaq üçün qəhvə içməyi bir qədər təxirə salmağı məsləhət görür. Oyandıqdan sonra ilk bir saat yarım ərzində yalnız su içmək, günəş işığı görmək və ya üzü soyuq su ilə yumaq daha faydalıdır.Qəhvə üçün ən ideal vaxt kortizol səviyyəsinin enməyə başladığı saat 09.30 və ya 10.00 radələri hesab olunur. Məhz bu vaxt içilən qəhvə kafeinin əsl təsirini göstərməsinə kömək edir. Beləliklə, günortadan sonra yaşanan enerji çökməsi və şirniyyat istəyi tamamilə aradan qalxır.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
demokrat.az

1Mənbələr