AZ

Qırmızı bülleten lə axtarılan İŞİD üzvü Eskişəhərdə saxlanılıb

ain.az bildirir, Cebheinfo portalına istinadən.

"Qırmızı bülleten"lə axtarılan İŞİD üzvü Türkiyənin Eskişəhər şəhərində saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Eskişəhərdə İŞİD terror təşkilatının üzvü olması ilə əlaqədar "qırmızı bülleten"lə axtarılan əcnəbi şübhəli əməliyyat zamanı saxlanılıb", - məlumatda bildirilib.

Eskişəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İraq vətəndaşının saxlanıldığı açıqlanıb:

"Deportasiya edilməsi üçün Qeyri-qanuni Miqrantların İlkin Qəbulu və Göndərilməsi Mərkəzinə təhvil verilən şübhəli barəsində aparılan araşdırma zamanı onun İŞİD terror təşkilatının üzvü olduğu əsası ilə İraq məhkəmə orqanlarının tələbi əsasında İnterpol tərəfindən "qırmızı bülleten"lə axtarışda olduğu müəyyən edilib.

Şübhəli məhkəmə tərəfindən "silahlı terror təşkilatına üzv olmaq" cinayətinə görə həbs olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr