AZ

Hörmüzdə 2 min gəmi qalıb -

Hörmüz Boğazında minlərlə gəmi və dənizçi qalıb.Metbuat.az xəbər verir ki, İranın Fars Xəbər Agentliyinin məlumatına görə, Hörmüz Boğazının bağlanması ilə bölgədə təxminən 2 min gəmi və 20 minə yaxın dənizçi hərəkətsiz qalıb. Məlumata əsasən, bəzi gəmilərin İran tərəfinin icazəsi ilə boğazdan keçidinə şərait yaradılsa da, bir çox gəmi sığorta problemləri və təhlükəsizlik narahatlıqları səbəbindən hərəkət edə bilmir.İddialara görə, bəzi nəqliyyat şirkətləri gəmilərdəki heyətin və nəqliyyat vasitələrinin sığortasını ləğv edib. Bu səbəbdən bir sıra gəmilərin nə limanlara yanaşa, nə də marşrut üzrə hərəkət edə bildiyi bildirilir.Məlumata əsasən, Hörmüz Boğazının bağlanması ABŞ və İsrailin 28 fevralda həyata keçirdiyi hücumlardan sonra baş verib.

İran isə bu addımı bölgədəki təhlükəsizlik vəziyyəti ilə əlaqələndirib.

Seçilən
64
metbuat.az

1Mənbələr