Birinci Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhidin nəşinin qalıqları tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, şəhid Piriyev Rəşadət Əli oğlunun nəşi müvafiq dövlət qurumları tərəfindən aparılan araşdırma və identifikasiya tədbirləri nəticəsində tapılıb.
Məlumata görə, şəhidin nəşi yaxın günlərdə ailəsinə təhvil veriləcək.
Şəhid Piriyev Rəşadət Əli oğlu mayın 22-də Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunacaq.
"Cebheinfo.az"