AZ

Bu ölkədə yeni virus yayıldı -

Afrikada yeni virus yayılıb. Metbuat.az xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət Mərkəzi açıqlama yayıb. Yeni virus Konqo Demokratik Respublikasında aşkarlanıb. Onun Ebola mənşəli olduğu bildirilir. İndiyə kimi virusa 246 nəfərin yoluxduğu təsdiqlənib. Xəstəlikdən ölənlərin sayı 65 nəfərə çatıb.

Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-ci ildə aşkarlanıb. Əlli il ərzində virus Afrikanın müxtəlif ölkələrində 17 dəfə yayılıb. Ebola virusundan minlərlə insan həyatını itirib.

Seçilən
72
metbuat.az

1Mənbələr