AZ

“Bizə hamıdan əvvəl savad lazımdır” Türkoloji Qurultayın ilk günündə deyilənlər │TARİXİ ARAŞDIRMA

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Zira əvvəldən Krımda məarif işləri pək zəif və inqilabdan əvvəlki dövrdə ilk zaman özlərinə məxsus işlər yaratmadıqlarından çar hökumətinin sıkıntılarına baxmayaraq, Türkiyədən ədəbiyyat alıyorlardı. O zaman türk kitablarının 80-90 faizi ərəb və fars sözlərindən ibarət olduğundan krımlılar arasında dili sadələşdirmək uğrunda bir cəryan başladı. Krımın özündə başlıca 3 şivə vardır. Bunlardan birisi bayatılar və masalları ilə azərbaycanlılara yaxın olan, digəri xalq ədəbiyyatı cəhətindən ən çox qırğız-noğay şivəsi idi. 17-ci yıl inqilabı zamanı demək olar ki, böyük axın üstünlük qazanaraq, mətbuat-da hökmfərma bir mövqe dutdu. Yeni cərəyanın başında professor Çobanzadə, H.Odabaş və sair arkadaşlar duruyorlardı.

Fəqət, bu aralıq meydana yeni bir məsələ çıxdı: sırf yerli şivə bütün mədəni ehtiyacları ödəyə bilərmi və bu şivə ilə geniş mədəniyyət yaratmaq olurmu? Bütün türk millətinin 60 faizindən artığı şuralar dairəsində yaşayor; bunlar ayrı - ayrı qövmlərə ayrılaraq hərəsi yerli bir şivə yaratarlarsa, əvvəl mədəni ehtiyaclarını təmin edəməz, ikincisi də ayrı-ayrı bir çox yerli dillər vücuda gələrək, hər biri də başqa millətlərdən aldıqları kəlmə və istilahları dürlü-dürlü işlətmək məsələsi çıxmış ola bilir. Ona görə Krım tatarları yerli şivəyi mədəni nöqteyi - nəzərdən faydasız hesab edərək, bütün türk qövmlərinin xalq ədəbiyyatını xalq dilini ögrənmək və ümumi bir sadə xalq dili yaratmaq tərəfdarıdırlar. Bu məqsədlə 1925-ci yılda Türkoloji Qurultayının çağırılması qəti surətdə qərarlaşdırıldıqda Azərbaycandan xəbər alınır - alınmaz Krımda bir yardımçı şöbə təşkil edildi.

İmdi Odabaş və sair yoldaşların akademik iştirakı ilə Krımda dilin islahı, imla və istilah məsələləri gündəlik bir məsələ kibi müzakirə edilməkdədir. Fəqət, biz miqdarca az olan qövmlərin özbaşına çalışmalarını münasib bilmədigimizdən, ayrıca bir istilah komitəsi yaratmadıq.

Dilin islahı prinsiplərinə gəlincə bütün türk ölkələrində aparılan işləri diqqətlə təqib edərək, öz fikrimizi də söylüyor və yazıyoruz.

Bu xüsusda krımlıların da fikri Azərbaycan və Tatarıstan türklərinin fikrinə uyğundur. Böylə ki, krımlılar dəxi mümkün olduqca dilimizi yabançı kəlmələrdən təmizləmək, təmiz bir türk dili yaratmaq, əskidən bəri türklər arasında bənimsənmiş ərəb-fars kəlmələrini saxlamaq, internasional istilahları eynən qəbul etmək,texniki kəlmələri hər millətin özündən almaq və bu istilah və kəlmələrin həpsini türk dilinin ahəng və qanunlarına tabe etmək tərəfdarıdırlar. Yeri gəlmişgən, bunu da qeyd edəlim ki, hal - hazırda Krım türklərinin mədəni ehtiyaclarını ödəyən iki mənbə var: birisi Krımın öz nəşriyyatı, ikincisi də Azərbaycan nəşriyyatıdır. Azərbaycanda çıxan kitabların həpsini alıyoruz və hətta müəllimlər Azərbaycan kitablarını iade edərcəsinə həvəslə alıyorlar.

Əlifba məsələsinə gəldikdə, hər yerdə oldığı kibi Krımda da yeni əlifbanın tərəfdarları və yeni əlifba lehinə əmin bir cəryan vardır. Fəqət, bu məsələ bizdə hələlik yenidir.

Qurultay üçün Odabaş yoldaş bir məruzə hazırlamışdır. Vəqti gəldikdə o xüsusda müfəssəl məlumat veriləcəkdir.

Söhbətin axırında nümayəndələr Azərbaycanın ali məkəblərində 50 nəfərə qədər Krım tələbələrin oxumaqda oldığını qeyd və Azərbaycan Maarif Komissarlığının onlara qarşı rəftarını təşəkkürlə bəyan ediyor. Onların da ümiməməkçi məarif barəsində borclu qalmayaraq, sair türk qövmlərinə yardım etməkdə oldıqlarını bildiriyorlar. Türkmənistan nümayəndəsi Türkmənistan Cümhuriyyətindən Türkoloji Qurultayına nümayəndə gəlmiş Türkmənistan Elmi Şura sədri (Emir Berdi) yoldaş mühərrərimiz ilə müsahibəsində demişdir ki: “çoxdan bəridir Türkmənistan xalqı bu vazta qədər davam edən ərəb əlifbasının yeni bir əlifbaya keçməsinin tərəfdarıdır. Fəqət, bu vəqtə kibi Azərbaycanda qəbul edilmiş yeni türk əlifbasının burda qəbul edilməməsinin iki səbəbi vardır. Bunlardan biri Türkmənistan Cümhuriyyətinin yeni təşkil edilub, hələ bir yılı tamam olmaması və buna görə bütün iş başında duranların idarələri yoluna salmaq işi ilə məşğul olmasıdır. İkinci səbəbi isə Türkoloji Qurultayı çağırılması məsələsi araya çıxınca buradan çıxacaq nəticələrin gözlənməsidir.Hər halda bütün Türkmənistan xalqı və Türkmənistan Məarif Komissarlığı Yeni Türk Əlifbasının tərəfdarıdır. Bu vəqtə qədər yeni hərufat ilə kitablar nəşr ediləməmişsə də bu cəhətcə bir çox işlər görülmüş, Məarif Komissarlığı yeni əlifbanın əhəmiyyəti haqqında lazımi idarələr və xüsusən, tələbələr arasında təbliğat işlərini genişlən-dirub ərəb hərüfatının qaldırılması lazım olduğunu göstərmiş və fikri xalq arasında yerləşdirmişdir”.

İstilah və imla məsələlərinə gəlincə, (Əmir Birdi) yoldaş:” Bu məsələlər dəxi Türkmənistanda düzgün bir halda degildir. Bütün ümid Türkoloji qurultayınadır. Burada əlifba məsələsi həll edildikdən sonra bu məsələlərin də düzəlməsi asanlaşmış olur”. Qırğızıstan nümayəndəsi Qörğızıstan namına Qurultaya iki nümayəndə gəlmişdir. Bunlardan (Qasım Tinistan oğlu) ilə yapılan bir müsahibədə böylə demişdir: ”Biz qurultaydan gec xəbər aldıq. Bunun üçün ancaq istilahlar ilə əlifba məsələsi haqqında hazırlana bildik. Əsasən biz istilah məsələsini keçən yılın may ayında Qırğızıstznda bir ictima yaparaq həll etdik. Qərarımız budur: beynəlxalq istilahları Qörğızıstan ləhcə və şivələri qanununa tabe edilmək şərtilə qəbul etmək. Digərlərində isə mümkün oldığı qədər türk dilimizdən olmadığı təqdirdə qomşu müttəfiqlərdən almaq, ərəbi və farsi kəlmələrin imdiyə qədər dilimizə girmiş olanlarını saxlayub, bundan sonra qətiyyən bu iki mənbədən almamaq qəti qərarlaşmışdır. Əlifba məsələsi haqqındakı tezislərimiz Qurultayda müdafiə ediləcəkdir. Qurultayın yapacağı böyük xidmətlərdən birisi - türk - tatar xalqlarının mədəni birligini təmin etməkdir. Biz Qurultaydan türk - tatar xalqları arasında bir ədəbiyyat və dil birligi qurulma-sını çox bekliyoruz. Xüsusilə bu nöqtədən Qırğızıstanın Qurultaya verdigi əhəmiyyət böyükdür. Buraya Qırğızıstan ədəbiyyat və mətbuatına aid bir çox kitablar və (komplət)lər gətirdik. Nümayəndə olaraq (Bazarqul Danyar oğlu) da gəlmişdir. Burda xalq şairlərimizdən olan (Osman Qul) da gətirdik. Bunlardan məqsəd nümayəndələri Qırğızıstan musiqisi və xalq ədəbiyyatı ilə tanışdırmaqdır”. Türkoloji Qurultayına Özbəkistan nümayəndələri Dünən Özbəkistandan Türkoloji Qurultayına nümayəndələr gəlməsi haqqında verilən xəbərlərdə xəta olaraq, bir neçə səhv getdigindən, yanlışlari təshih ilə yenidən dərc ediyoruz.

Qurultaya nümayəndə olaraq, İnhamov (ictimaiyyətci) (Mərkəzi Özbəkistan Elmi Şurası İdarəsi); Şakircan Rəhimi (dilçi); Aşur Ali Zahri (dilçi); İlbeg (dilçi); İsmayıl Sadri (dilçi) yoldaşlar gəlmişlərdir.

İki yoldaş daha gələcəkdir. Bunlardan başqa 10 kişidən ibarət əski klassik musiqiçi və bugünki gənc nəğməçilərdən Qari Yaqubov da gələcəklərdir. “Kommunist” qəzeti, 26 fevral 1926 - cı il, №49. Qəzetin 1-ci səhifəsində baş xəbərlə bağlı bildirilir: Bu gün axşam saat 7-də Maarif Evində ( Sabiq İsmailliyə binasında) Ümum Şuralar İttifaqının Birinci Türkoloji Qurultayı açılacaqdır. Birinci Türkoloji qurultayın açılışı Böyük Şuralar İttifaqı müsəvi hüquqa və qəti səsə malik olan milyonlarca türk-tatar əməkçiləri bu gün mədəni cəbhədə tarixi bir gün daha yaşayor; bu gün Ümumittifaq Birinci Türkoloji Qurultayı açılıyor! Oktyabr inqilabının cahanşümul qalibiyyəti nəticəsində bu gün fövqəladə günlərin yüzlərcəsini yaşayan türk-tatar əməkçiləri üçün Türkoloji Qurultayıın əsl əhəmiyyəti - bu qurultayda da ancaq əməkçi türk-tatar tələb və arzusunun hakimiyyət sorması olduğundan dostlar da, düşmənlər də qurultayın nəticəsini böyük bir səbrsizliklə gözləyorlar...

Mənhus çarlıq və onun qəhhar istinadgahı - xanlar, bəylər, axund və xocaların qanlı dırnaqlarıyla bərbad bir hala salınan türk-tatar mədəniyyəti ancaq oktyabr inqilabı - proletar hökuməti sayəsində sağlam əllərə - əməkçilərə tapşırıldığından, bu uğurda səkkiz yılda qazanılan parlaq müvəffəqiyyətlərdən, türk-tatar mədəniyyət varlığını yüksəltmək və möhkəmləşdirmək yolunda görülən və görüləcək işlərdən, gələcəkdəki hazırlıq planlarından dostlarımızın həyəcanı da eyni dərəcədə yerindədir. Qurultay, türk-tatar əməkçilərinin mədəni quruluş və yüksəliş yolunda keçmiş qara günlərdən miras qalmış bütün maneə və tikanları təmizləmək məqsədilə, bir çox tədbir və çarələr göstərməgə hazırlanırkən, əməkçi kütlələrini cəhalətdə saxlayan murdar əsaslara istinad edən düşmənlərimiz, böylə bir həqiqət qarşısın-da çıldırmayıb da nə edə bilərlərdi?! Bərtəraf edilməsi qəbul və mümkün olmayan bu parlaq həqiqət ətrafında düşmənlərimizə ancaq hay - küy salmaq, provakasiyalar yaymaq “işi” nəsib olduğundandır ki, onların bu vəzifəyi həqqilə ifa etdiklərini qeyd etmədən keçmək olmaz. İngilis mühafizəkarlarının mürtəce orqanı “Tayms” Türkoloji Qurultayından bəhs edərkən qurultayın “türk - tatar xalqlarına qarşı şuralar İttifaqı hökumətinin bir nümayişi” - deyə adlandırıyor. Eyni nəğməyi çalan Məmmədəmin Rəsulzadələr də “Tayms”-ın quyruğundan yapışaraq: ”amandır,.. bu qurultaya getməyin” - deyərək Türkiyə “İstiqlal” məhakiməsi əmrilə bu yaxınlarda bağlanan “Yeni Qafkasya” məcmuəsində hürüb duruyorlardı. Hürməkdən vaz keçməyən düşmənlərimizin bütün bu fəryadlarına baxmayaraq, Avropa və Türkiyədəki ən məşhur türkoloqlar bu gün böyük bir həvəs nümayiş və səmimiyyətlə Qurultaya iştirak ediyor, sovetlər İttifaqındakı türkoloqlarla əl-ələ verərək çalışıyorlar. “Tayms”ın “Nümayiş” bəhsinə gəlincə cavabımız qısa və aydındır: ”Şuralar İttifaqı hökuməti də, bu hökumətə rəhbərlik edən Kommunist (bolşevik) firqəsi də türk-tatar əməkçilərinin mədəni yüksəlişləri yolunda görülən pək parlaq işləri və bunların sağlam nəticələrini bütün cahan, xüsusən, imperialistlər tərəfindən əzilməkdə olan Asyadakı məzlum xalqlara qarşı nümayiş etdirəcəklər və bu “nümayiş” Şərqdəki canavar imperialistlər üçün çıx acı izlər buraxacaqdır...

... İştə düşmənlərimizi həyəcana salan bu Türkoloji Qurultayı; Şərqdəki mədəni varlığın özilini də, binasını da yeniləşdirəcək, bu mədəniyyətdə internasionalizm ruhunu yaratmaq yolunda yeni addımlar atacaq, br çox tarixi və qiymətli vəsiqə və sənədlər toplayacaq; Türk -tatar xalqlarını digər mədəni xalqlara yaxınlaşdıra biləcək yolları göstərəcəkdir. Qurultay - türk-tatar tarixi tədqiq və tətəbbö işlərinin hazırkı vəziyyəti və yaxın vəzifələrinin göstərəcək, türk dilləri arasındakı fənni (elmi), qövmi rabitələri araşdırılacaq, imlanın (orfoqrafiya), xüsusilə, türk dilləri imlasının əsasları tədqiq ediləcəkdir. Bundan başqa Qurultayda lisaniyyat, texnika nöqtə-nəzərindən son dərəcə mühüm olan, əlifba qurulruşu və xüsusi olaraq türk-tatar əlifbası məsələsinə baxılacaq, Şuralar Azərbaycanı başda olmaq üzərə, Şuralar ittifaqındakı bir çox türk-tatar əməkçiləri tərəfindən qəbul edilən yeni əlifba işləri ögrəniləcəkdir. İstilah, ədəbi dilin tərəqqi və inkişafı, ana dilini tədris üsulu, türk - tatar qövmləri ədəbiyyatını tədqiq və tətabö (araşdırma) işləri, türk-tatar qövmləri arasında ölkəşünaslıq işləri və sair bir çox təşkilat məsələlərinə də baxacaq olan Türkoloji Qurultayı gələcək üçün ümumi bir plan hazırlayacaqdır. Yuxarıdan bəri saydığımız məsələlər, yenidən gözdən keçirilirsə, Qurultayın mədəni və elmi əhəmiyyətinin böyüklüyü bütünlüklə aydınlaşmış olur.

Hər hangı bir məsələ haqqında məcburi və qəti (etinasız) bir qərar çıxarmaq degil, ancaq türk - tatar əməkçilərinin daha sürətlə tərəqqi edə bilmələri xüsusunda ümumi və daha əlverişli bir yol araşdırmaq, bulmaq və göstərmək məqsədilə toplanan Türkoloji Qurultayına səmimi müvəffəqiyyətlər diləyərkən, mühüm bir nöqtəyi yenidən qeyd etməgi, son dərəcə lazım biliyoruz: bu qurultayı şuralar ittifaqındakı türk-tatar xalqlarının siyasi, ictimai və mədəni azadlıqları yolunda atılan binlərcə addımların biridir! ...Türk-tatar mədəniyyətini imdiyə qədər görülməyən və eşidilməyən yüksəkliklərə qaldırmaq uğrunda daha binlərcə addımlar atacaq; millətlərin tam azadlığı deklarasyonunı bırakan və bu məqsəd yolunda mübarizə edən firqəmiz sözünün əri olduğunu dosta da, düşmənə də isbat edəcəkdir! Və nəhayət həmin möhtəşəm gün gəlib çatır. “Kommunist” qəzeti, 1926 - cı il 28 şubat, №50. Türkoloji Qurultayın açılması Cümə günü axşam saat yeddidə Türkoloji Qurultayı açıldı. Bu gün Qurultay münasibətilə Maarif sarayında (sabiq İsmailliyədə) böyük bir fəaliyyət var idi. Türk - tatar məmləkətləri üçün böyük və elmi bir addım olan bu Qurultayı görmək üçün gələnlər binanın önündə bilet almaq üçün son dərəcə tələsiyorlardı. Saat yeddidə nümayəndələr gəlməgə başlayınca fəaliyyət daha artdı. Azərbaycan maarif fəaliyyəti haqqında iyi bir məlumat vermək surətilə süslənmiş olan ikinci dərəcədəki salonun rəngli elektrik lampalarından süzülən və axan işıqlar hər tərəfi aydınlatıyor və bütün yüzlərdəki məmnuniyyət cizgilərini canlandırıyor. “Azərnəşr”in kitab sərgilərindəki intizam və gözəllik ilə kitab tirajlarını və çap edilmiş kitab miqdarını bildirən mükəmməl cədvəllərdən sonra salonun həmən hər tərəfi Maarif Komissarlığının beş yıl içindəki fəaliyyətinin nəticələrini göstərən cədvəllərlə bəzənmişdir. Birinci və ikinci dərəcəli məktəblər ilə tiatro məktəbləri, sənaye kursları, pedaqoji texnikumlar, işçi fakultələri, Ali Pedaqoji institutları, Dövlət darülfünuni, Tibb fakultəsi, Azərbaycan Dövlət Politexnik İnstitutu, fabrika- zavod məktəbləri, ora musiqi məktəbləri, Dövlət Konservatoriyası və sairə haqqında çox gözəl bir surətdə düzəlmiş cədvəllər ilə məlumat verən, tələbə - müəllim sayısı ilə məktəblərin necə artdığını bildirən tablolar, Azərbaycanın beş yıl içində qazandığı maarif zəfərini cox qutlu bir lisan ilə anlatıyorlardı.

Digər bir otaqda əlifba islahatının keçirdigi dövrlər və müxtəlif əlifbaların şəkilləri ilə bunların islah edilişini anlatan lövhələr bulunuyor. Elektrik ziyaları altında nəzərlərin çox rəngli mənzərələr ilə qarşılaşdığı bir otaqda: Mirzə Fətəli Axundzadə əlifbası, Abidov və Albarovun başqırd əlifbaları, qazan-tatar yeni türk “Latın” əlifbası, ərəb və latın əlifbasının yəhudi-finike (Antalya) əlifbasından çıkması, A. Baytursunun əlifbası, islah edilmiş Krım tatarları əlifbası və ilaxır kibi qırxa qədər əlifba tablosu ilə bunlara dair basılmış olan kitab və rəsalələr; ərəb yazısının reyhani, siyaqət, hələbi, nəsx, kufi, ecazət, rəqəm, divani, sünbüli, nəstəlix, təcri, şikəstə şəkilləri; VIII əsrdə Səməqənddə yazılan kufi Quran səhifəsinin faksimiləsi; rus - yakut, rus - başqırd, qazan - tatar, rus - qırğız əlifba və dilləri ilə müxtəlif tarixlərdə basılmış (İncillər), kabardin - balqar xəritəsi, “Radlov”- un atlasından çıxarılmış uyğur yazı şəkilləri, “Bəxtiyarnamə”nin (XV əsr) əl yazısının faksimiyəsi, XVIII əsrdə gürcü əl yazısının gürcü hərfləri ilə türk əlifbası, “İbn Ərəb Şah” üzrə uyğur əlifbası, “Yeddi Su” dakı məzar daşları üzərindəki türk nəsturi yazılarının şəkilləri, 8 - ci əsrdə türk xalqları adından düzəlmiş kitab yazılarının şəkli, 15 - ci əsrdə Qod - Atquitin əl yazısının faksimiləsi; uyğur şirifti ilə başlamış Qod -Atquitin çap edilmiş Orxon hərfləri, VIII əsrin türkcə ilə yazılmış Moğolustan Abdallarının şəkilləri, Qor - Qot yarlığının (fərman) uyğur faksimiləsi, yeddinci və səkkizinci əsrlərdə türk - balkar xanlarının slavyan hərfləri ilə türk dilində ad və tarixi göstərən əl yazısı; “Kodeks - Komanikos”un bir səhifəsinin faksimiləsi və ilaxır kibi türk dil və tarixinin bir çox qiymətli vəsiqələri... hər kəsi maraqlandırıyor. “Azərbaycan mətbuatının əlli yilliginə” aid sərgiyat xüsusi edilmişdir, bu günlərdə açılacaqdır. Salonun digər tərəfində “Əli Bayramov namına türk qadınlar klubu”nun sərgisi var. Kiçik, fəqət, nə qədər canlı bir şey: burada gözlər türk qadınlarının sənəti sahəsindəki bütün fəaliyyətini yaxından görür kibi ögrəniyor. Klubun 5 yilligi münasibətilə açılan bu sərgidə qadınlarımızın sənətli işlərini hər cürə bəzək və ev əşyası kibi şeyləri ayaqqabılarına varıncaya qədər görüyor və yapılan işlərdə görünən diqqət və sənətə qarşı qəlblər hörmət və minnət ilə dolub-taşıyor. Salon artıq bütün-bütünə doldı. Açılma zamanı gəlmişdi. Zəng vurulunca, hər kəs dərin bir sükut və hörmət içində Qurultaya məxsus möhtəşəm salonda yerli-yerinə keçib duruyordu... Qurultayın birinci iclası Yoldaş Ağamalıoğlu

Azərbaycan Sosialist Şura Cümhuriyyəti Mərkəzində, Dünyada Birinci Türkoloji Qurultayını açılmış elan ediyorum.

İşə keçmədən əvvəl qeyd etməliyəm ki, əvvəlcə xanların və məsuliyyətsiz dərəbəglərin, sonra da Rusiya istibdadının zülmü altında qalmış olan Azərbaycan əməkçiləri ilk dəfə oktyabr inqilabından sonra tarixi fəaliyyət səhnəsinə atılaraq öz müqəddəratını öz arzusuna müvafiq qurmağa başlamışdır. Böyük Rusiya inqilabının ortaya atmış olduğu təyini-müqəddərat hüququ artıq həyata keçiriliyor. Bu gün azərilər, türkmənlər, özbəklər və sabiq romanov imperialist dairəsində yaşayan bütün millətlər imdi azad yaşayur, düşünüyor və çalışıyorsa. bu ancaq oktyabr inqilabının nəticəsidir...

Sonra Ağamalıoğlu yoldaş Azərbaycan əməkçiləri tərəfindən Qurultayı təbrik edərək, bütün türk - tatar qövmlərinin ilk dəfə bir yerə toplaşaraq, növbədə duran mədəni məsələlərini həll etmək imkanı bulduqlarını və bundan dolayı bu Qurultayın tarixi bir hadisə olduğunu qeydlə (Lermantovun) məşhur şerini misal gətirərək demişdir: “Rusiya inqilabının dalğaları Şərqi feyziyab etmişdir və imdi artıq Şərq uyumayub, bəlkə yaradıcılıq dövrünə keçmişdir. Şuralar dairəsində yaşayan türklər imdi ikiqat çalışaraq, köhnədən itirmiş olduqlarının da yerini doldurmalıdırlar. Bunun üçün öz tarixlərini, öz keçmişlərini ögrənməlidirlər. Qurultayın müzakirəsində qeyd olunan məsələlər qarşımızdakı vəzifələrimizi göstəriyorlar. Bu məsələləri elmi cəhətdən işıqlandırsaq, müvəffəqiyyətlə həll olunmaları təmin edilir, bir çox milyonlarca əhalisi həm xaricilərin zülmi, həm də öz mövhumatları altında boğulmaqda olan Şərqin qapısında milyonlarca insanın mədəni tərəqqisinə hüquqi, elmi bir əsas vermək - bütün Şərqi hərəkətə gətirmək deməkdir. Şuralar ölkələrinin türk - tatarları öz həyatlarını düzgün bir surətdə qurmaqla, yatmiş qardaşlarını da hərəkətə gətirirlər. Fəqət, Qurultayın əhəmiyyəti yalnız bunlardan ibarət degildir. Türkoloji elminə zəngin ədəbiyyat verməsi daha mühüm bir işdir. Dünyada heç bir Qurultay geniş kütlənin diqqətini bu qədər cəlb etəmişdir. Odur ki, biz bu Qurultaydan mümkün olan qədər çox fayda çıkarmalıyız. Ona görə hər məsələ haqqında veriləcək olan məruzələr qısa və aydın olmaqla bərabər, tənqidlər də ciddi və elmi olmalıdırlar.

Bu xüsusda mən əlifba məsələsi kibi mübahisəli bir məsələyi nəzərdə dutuyorum. Məlumunuz olduğu üzərə bu barədə iki rəy var: birisi ərəb əlifbasının islahı, digəri də yeni əlifba tərəfdarı. Bu məsələdə orta bir yol yokdur. Odur ki, yeganə mümkün olan şey-bu məsələyi bifərzanə (fərqli) və elmi surətdə işıqlandırmaqdır.

Ümidvaram ki, Qurultay hər dürlü müşkülata baxmayaraq, qarşısında duran məsələləri müvəffəqiyyətlə həll edəcəkdir.

Yaşasın Birinci Türkoloji Qurultayı!

Yaşasın əmək azadlığı nöqteyi - nəzərilə çalışan ümum elmlər! (Alqışlar) Heyəti - rəyasət seçkisi Abdül Cabbar yoldaş Azərbaycan, Türküstan, Özbəkistan, Qazax Cümhuriyyətləri nümayəndələri və sairləri adından heyəti - rəyasətə aşağıdakı yoldaşları təklif ediyor: 1) Ağamalıoğlu; 2) Axundov Ruhulla; 4) Baytursun (Qazağıstan); 5) Baraxov (Yakut Cümhuriyyəti); 6) Yuruzdin (Şərqiyyat Asosyonu); 7) Cəbi bəy Həbib; 8) İbrahimov Alimcan; 9) İdelfuzin (Başqırdıstan); 10) Köprülüzadə ( Türkiyə); 11) Qorxmazov (Dağıstan); 12) İnoqamov (Özbəkistan); 13) Naqovitsin ( Rusiya Xalq Maarif Komissarlığı); 14) Akademik Oldenburq; 15) Pavloviç ( Şərqiyyat Asasyonu); 16) Professor Samoyloviç; 17) Linstanov ( Qaraqırğız); 18) Professor Çobanzadə; 19) Berdiyev (Türkmənistan); 20) Aqçuqurqalı (Krım); 21) Əliyev Əmir (şimali Qafqaz); 22) Professor Mentsel ( Almaniya). Bu təklif alqışlar arasında qəbul ediliyor.

Abdul Cabbar yoldaş məzkur cümhuriyyətlər adından aşağıdakı yoldaşları rəyasətdə bulunan fəxri üzvlərinə təklif ediyor: 1) Əli bəy Hüseynzadə; 2) Bane; 3) Qaibov Mustafa; 4) Marr; 5) Lunaçarski; 6) Tomson Daniel (məşhur türkolq).

Abdul Cabbar yoldaş yenə məzkur nümayəndələr adından aşağıdakı yoldaşları mandat komisyonuna təklif ediyor: 1) Məhmədzadə; 2) Tomaşevski; 3) İvanov ( Yakut); 4) Cabarov; 5) İvanov (Çuvaş Cümhuriyyətindən).

Abdul Cabbar yoldaş heyəti - təhriyiyəyə aşağıdakı yoldaşları təklif ediyor: 1) Zeyfəld; 2) Yakovlev; 3) Maqsudov; 4) Qabitov; 5) Rəhimi; 6) Oşayev Xalid. Musabəyov yoldaşın nitqi Nəticədə söz Şuralar İttifaqı Mərkəzi İcraiyyə Komitəsi sədri Musabəyov yoldaşa verilir.

Musabəyov yoldaş Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan Sosialist Cümhuriyyəti Xalq Komissarları Şurası adından Ümumittifaq Türkoloji Qurultayını təbrik edərək, Qurultayın bütün türk-tatar qövmlərinin həyatında nə kibi böyük əhəmiyyətə malik olduğunı qeyd ediyor. Natiq Qurultayın müzakirat - ümumiyyəsindən bəhs edərək, Qurultayın nəzər - diqqətini aşağıdakı üç əsas məsələyə cəlb ediyor:

1) Şura ölkə xaricindəki elmi və mədəni aləmlə sayqı və bilavasitə irtibat;

2) Məhəlli mədəni qövmlərə ölkəşünaslıq işlərində yardım edərək, onları əməli məcraya sövq etmək;

3) Türk-tatar ellərinin ictimai və siyasi həyatını ögrənmək, onların arasında inqilabi hərəkat tarixini tədqiq etmək.

Bundan başqa “Qurultay təcrübəvi əhəmiyyəti olan dil-istilah kibi böyük məsələlərə artıq əhəmiyyət verərək, savadsızlığın təsviyəsinə, ali və orta məktəblərdə ana dilində tədris edilməsinə, mədəni tədris kitablarının ana dilinə tərcümə ediməsinə və sairəyə xüsusi diqqət etməlidir”.

Sonra natiq təkrar Qurultayı təbrik edərək “Yaşasın əməklə fənnin qutlı ittifaqı” - deyə sözünü qurtarıyor. (Pavloviç ) yoldaşin nitqi Sonra söz Ümumittifaq İcraiyyə Komitəsi cənbində olan Ümumittifaq Fənn Asasyonu sədri professor Pavloviçə veriliyor.

Natiq Fənn Asasyon və Moskvada “Nərimanov” adına Şərqiyyat İnstititu adından Türkoloji Qurultayını təbrik edərək, Qurultayın türk - tatar qövmləri arasında böyük bir tarixi hadisə olduğunu qeyd ediyor. Natiq Qurultayın yalnız ziyalılara degil, geniş xalq kütləsinə diqqət edərək, onların tərəqqisinə mane olan qeyri müntəzəm istilah, əlifba, imla və sair məsələlərə əhəmiyyət verməgə dəvət ediyor. Sonra professor Qurultayın Azərbaycan paytaxtında dəvət edilməsinin şura üsul - idarəsinin milli məsələlərə müsbət bir şəkildə baxmasını isbatedici bir həqiqət olduğunu göstəriyor və diyor: “Başqa bir məmləkətdə savadsızlığın təsviyəsi üçün akademik Bartold, Oldenburq, Krımski və sair fənn məsələlərini bir araya toplayaraq geniş əməkçi kütləsinin savadsızlığını təsviyəsi üçün müşüvirədə bulunduqları görülmüşdürmü? Bu Qurultayı şura hökumətinin milli məsələdə olan siyasinin bir qismini təşkil ediyor”. Sonra natiq milli məsələdən bəhs edərək , Avstriyanın düzgün olmayan milli siyasət nəticəsində dağıldığını, çarlığı və burjuaziyayı yıkan şuralar hökumətiin bu xüsusda son dərəcədə düzgün və müvafiq siyasət yürütdügünüi qeyd eduyor. Natiq sonra çar hökumətinin türk millətlərini qaranlıq və cəhalətdə saxladığından bəhs edərək, Şuralar ittifaqının imdiki halda geridə qalmış millətlərin iqtisadi həyaını yüksəltməgə və onların məmləkətlərini sənayeləşdirməgə çalışdığından da bəhs ediyor və bir çox misallar gətiriyor. Professor əlifba məsələsindən bəhs ilə bir çox millətlərin çox asan, digərlərinin çox çətin bir əlifbaya malik olmalarının doğru olmadığını göstəriyor. Buna görə də natiq millətlərin müsavi olması və mədəniyyətcə bərabərləşmələri üçün Qurultayın bu xüsusa əhəmiyyət verməsini arzu edərək diyor: “Biz fənn mümtaz adamlar əlində qalması tərəfdarı degiliz. Biz arzu ediyoruz ki, fənn mənsəbənə milyonlar ilə olan dünənki qullar (kölələr) də yaqınlaşsınlar”. (Alqışlar). Hüseynov yoldaşın nitqi Sonra Zaqafqasiya hökuməti adından Mirzədavud Hüseynov yoldaş Qurultayı təbrik edərək, çar hökumətinin milli siyasətindən və bunun buraxdığı vəhim nəticələrdən bəhs etdikdən sonra diyor ki: “Bizim xalqlarımız hamıdan əvvəl türklər, savadca çox geridədirlər. Ən irəlidə olan Azərbaycan, Tatarıstan və sair türk-tatar cümhuriyyətlərni aldıqda belə, bunlarda olan savadlıların faizi 15-dən artıq degildir. Buna görə də bizə hamıdan əvvəl savad lazımdır. Natiq bu işin böyük bir mümanətə, yəni əlifbanın çətinliginə təsadüf edəcəgini qeyd ilə, bunun qaidəli bir surətdə həll edilməsini arzu ilə, Azərbaycanda Latın əlifbasının tətbiqi təcrübəsinin qayət parlaq nəticələr əldə edildigini qeyd ediyor. Naqovitsın yoldaşın nitqi Yoldaş, Şuralar Rusiyası Xalq Maarif Komissarlığı adından təbrikdə bulunaraq, savadsızlığın, qaranlıq və cəhalətin geridə qalmış millətlər tərəqqisinə mane oldığını qeyd ilə bu maneələrin ildən - ilə böyük əmək və fəaliyyət sayəsində bərtəraf edildigini göstəriyor. Natiq imdiki məktəblərdə milyonlar ilə geridə qalmış millətlər çocuqlarının öz ana dillərində oxuduğunu, sabiqdə oldığı kibi heç bir hakim millət dilinin zorla tədris edilməyəcəgini göstərərək, ali məktəblərdə bu millətlər arasından elm adamlarının çıxacağını söyləyor. Natiq, məzlum şərq millətlərinin şuralar ölkəsində aparılmaqda olan quruluş işlərinə diqqətlə baxdıqlarını, şuralar ittifaqları cümhuriyyətindəki millətlərin tutduğu yolların onlar üçün də münasib oldığını söyləyor və Qurultayın aparılmaqda olan quruluş işlərində böyük əhəmiyyətə malik olduğunu qeyd ilə sözünü qurtarur.

Sonra türk müəllimə və müəllimləri adından Məryəm xanım Bayramlıbəgova Qurultayı təbrik ediyor. Bundan sonra təbrik teleqramları oxunur. Təbrik teleqramları Nəticədə Əmiralıyev yoldaş Qurultay adından aşağıdakı müəssisələrə təbrik teleqramlarının göndərilməsini təklif ediyor:

Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsinə, Fənn Akademiyasına, Şərqiyyat Asasyonuna, Zaqafqasiya Mərkəzi İcraiyyə komitəsinə, Rusiya Xalq Maarif Komssarlığına, Azərbaycan Xalq Maarif Komssarlığına, Azərbaycan Tədqiq - Tətəbbö Cəmiyyətinə, Yeni Türk Əlifbası Komitəsinə,( Stalin) yoldaşa teleqraflaın yazılması Rəyasət Divanına tapşırılıyor. Akademik Bartoldun əlavəsiylə Leninqraddakı Türkoloji Seminariyasına da teleqraf göndərlməsi qərara alınur.

Cəbiyev yoldaş Qurultaya gəlmiş təbrik teleqramlarının siyahısını oxuyur.

Çiçerin yoldaş böylə bir teleqram göndərmişdir: “Bakü. Türkoloji Qurultayına. Türkoloji Qurultayının açılmasını səmimiyyətlə təbrik ediyorum. Qurultayın türk xalqları mədəni həyatında böyük əhəmiyyətə malik olacağına əminəm. Baküyə gələrək Qurultayın işlərində çalışmadığıma ciddi təəssüf ediyorum. Çiçerin.”

Çiçerin yoldaşa cavab teleqramının göndərilməsi qərara alınır.

Bununla Qurultayın birinci təntənəli iclası qapanmış elan ediliyor. Ayın 27-də səhər və axşam iclası Qurultayın səhər iclasında türk qövmləri tarixini tədqiq və tətəbbö işlərinin hazırki vəziyyəti və yaxın vəzifələri haqqında akademik Bartold, professor Borozdin və Qubaydullin məruzədə bulunmuşladır. Sonra türk qövmlərini etnoqrafi cəhətdən tədqiq və tətəbbö işlərinin hazırki vəziyyəti və yaxın vəzifələri haqqında professor S. Rudenko, Messaruş (Macarıstan), Çursin məruzədə bulunmuşlardır. Məruzələrdən sonra müzakirata başlanıb, professor Miller, Alimcan İbrahimov və Hakimov danışmışlardır. Qurultayın axşam iclasında türk qövmləri tarixini tədqiq və tətəbbö işlərinin hazırki vəziyyəti və yaxın vəzifələri haqqındakı məruzə üzərə müzakirat davam etmişdir. Müzakirat qurtardıqdan sonra son söz professor Rudenkoya verilmişdir. Sonra Qurultay 6-cı məsələyə keçib, türk dillərinin öz aralarında moğul, tunqus , qıpçak dilləri ilə fonekum rabitələri haqqında professor Çobanzadə məruzədə bulunmuşdur. Ardını qaçırmamaq üçün AzVision.az -u izləyin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azvision.az

2Mənbələr