AZ

"İnqilab Məmmədovu təhqir etməmişəm" - Asif Məmmədov AFFA-nın qərarından narazıdı

Məlum olduğu kimi, AFFA İntizam Komitəsi "Qəbələ"nin futbolçusu Asif Məmmədovu 4 oyunluq cəzalandırıb, kluba 10 min manat cərimə kəsib. Buna kapitanın 31-ci turda "Qarabağ"ı qəbul etdikləri matçın 86-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
Bəs Asif bu qərardan razıdımı? Hakimə münasibətdə xoşagəlməz davranışa yol verdiyini qəbul edirmi?
Bu suallarla Asif Məmmədova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Mən qarşılaşmanın baş hakimi İnqilab Məmmədovu təhqir etməmişəm. Bəli, hakim qərarından narazıydım və bu barədə iradımı bildirdim. Amma 10 min manat cərimələnəcək qədər ağır ifadələr işlətmədim. Hətta oyundan sonra İnqilab Məmmədovla xoş söhbət etdik. O, "Qəbələ"nin başqa oyunlarında daha ağır, səhv qərarlar verib. Həmin vaxt da təhqirdən istifadə etməmişəm. Qərardan narazıyam və klub bununla bağlı apellyasiya məhkəməsinə müraciət edəcək".
KƏNAN BAHADIR

Seçilən
56
2
football-plus.az

3Mənbələr