AZ

Əcnəbi baş məşqçi ilə dalaşan azərbaycanlı Avropada çıxış edəcək

Mövsümün sonu "Qəbələ"ni tərk edəcək ilk oyunçu Turan Manafov olacaq.

Bu barədə hələ həftələr öncə məlumat vermişdik.

Bölgə klubunda icarədə olan müdafiəçi baş məşqçi Kaxaber Tsxadadze ilə kəllə-kəlləyə gəlib.

Belədə millimizin sabiq üzvü əvəzedici komandaya göndərilib.

Manafov müqavilə ilə “Stellenboş”a məxsusdur. 27 yaşlı müdafiəçi ötən ilin yayında Cənubi Afrika Respublikasının (CAR) klubu ilə 3 illik kontrakt bağlayıb.

Amma Turan Afrikaya qayıtmaq fikrində deyil.

Onun xidmətində maraqlı olan Avropa klubları çoxdur.

Məsələn, ən son 2-3 Kipr klubu futbolçunun meneceri ilə birbaşa əlaqə yaradıb.

Həmyerlimizlə bağlı planlarının ciddi olmasını dilə gətirib.

Qalır məxsus olduğu klubla dil tapmaq.

27 yaşlı arxa xətt oyunçusu ən pis halda icarə müqaviləsi ilə hansısa Avropa təmsilçisində çıxış etməyi düşünür.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
50
sportinfo.az

1Mənbələr