AZ

“Vaqif müəllimin bizdən nələri tələb etdiyini anlayırıq” (MÜSAHİBƏ)

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadənin “FutbolPress“ə müsahibəsi:

– Uzun fasilədən sonra “Səbail”lə oyunda qələbə qazandınız. Fikirlərini bölüşərdin…

– Qələbə bizim üçün çox vacib idi. Uzun müddət idi ki, qələbəyə həsrət idik. 6 xallıq bir oyun idi və şükürlər olsun, qələbə qazandıq. Ümid edirəm, bu qələbələrin ardı gələr, azarkeşlərimizi sevindirərik.

– Vaqif Cavadovun gəlişindən sonra komanda 2 oyuna 3 xal qazanıb. Komandada Abasovun gedişindən sonra nə dəyişdi?

– Hər məşqçinin öz oyun üslubu, futbola baxışı var. Vaqif müəllimin bizdən nələri tələb etdiyini anlayırıq və bunun üçün çalışırıq. Nə qədər alınırsa bunu meydanda göstəririk.

– Növbəti turda “Sabah”la çətin oyun var. Gözləntilərin nədir?

– Hər oyuna qələbə üçün çıxırıq. Ümid edirəm ki, daha bir qələbə qazana bilərik.

– Samir Abasovun çox bəyəndiyi oyunçulardan birisən. “Neftçi”yə keçid ehtimalın olsa, dəyərləndirəcəksən?

– Hazırda “Sumqayıt”la müqaviləm var və bütün diqqətim komandadadır.

– Avrokuboklar zonasından çox uzaq deyilsiniz. Hədəf konkret olaraq nədir?

– Əlimizdən gələn qədər döyüşəcəyik. İnanıram ki, bu çətin durumdan çıxacağıq. Bacardığımız qədər yuxarı sıralarda olmaq istəyirik.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
futbolpress.az

1Mənbələr