AZ

Sihirli Annem in Betüş ü: Hələ də yuxularımda o qapını bağlayıram (FOTO)

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Sihirli Annem" serialında “Betüş” obrazını canlandıran İnci Türkay illər sonra verdiyi açıqlamada 2011-ci ildə vəfat edən rol yoldaşı Defne Joy Fosterə görə  vicdan əzabı çəkdiyini bildirib.Demokrat.az xəbər verir ki, Türkayın sözlərinə görə, Foster vəfat etdiyi gecə onun Nişantaşındakı evinə gəlib və çölə çıxmaq istəyib. Türkay isə həmin gün özünü halsız hiss etdiyini, xəstə olduğu üçün evdə qalmaq istədiyini və Fosterə də “getmə, burada qal” deyə çox yalvardığını deyib. Lakin Foster evi tərk edib və səhərə yaxın onun ölüm xəbəri gəlib.Ən təsirli hissə isə Türkayın illərdir həmin gecəni beynində təkrar yaşadığını deməsi olub:“Hələ də yuxularımda o qapını bağlayıram, getməsin deyə qıfıllayıram.”Defne Joy Foster ani ölümü ilə bütün Türkiyəni yasa boğmuşdu. Xüsusilə "Sihirli Annem" serialındakı enerjisi və sevimli xarakteri ilə böyük tamaşaçı sevgisi qazanmışdı.Leyla

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
demokrat.az

1Mənbələr