AZ

"Siz vergi ödəyirsiniz, vəsaitlər terrorçulara gedir" - Vens

ABŞ-ın vitse-prezidenti J.D. Vens bildirib ki, xarici terrorçu qruplar saxtakarlıq yolu ilə ABŞ büdcə vəsaitlərini əldə etmiş ola bilərlər.

"Ölkə.az" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O, ABŞ-da federal vəsaitlərin sui-istifadə hallarına toxunaraq qeyd edib ki, şübhəsiz ki, bir sıra digər ölkələrin hökumətlərinin və xarici terror təşkilatlarının bu resurslar vasitəsilə necə varlandıqlarını sənədləşdiriblər. Vens hansı qruplara və ya proqramlara istinad etdiyini açıqlamayıb. O, xüsusilə qeyd edib ki, ABŞ-da sənədsiz immiqrantların hökumətdən saxta yollarla maliyyə yardımı alması və bu vəsaitləri Latın Amerikası ölkələrində fəaliyyət göstərən narkotik kartellərinə yönəltməsi halları olub. ABŞ administrasiyası bu kartellərin çoxunu terrorçu qruplar hesab edir.

"Bu, qəbuledilməzdir: siz vergi ödəyirsiniz və bu vəsaitlər terrorçulara gedir, ölkəniz isə həmin terrorçuların digər amerikalıları öldürməsinin qarşısını almağa çalışır. Bu, şokedicidir, amma federal hökumət göz yumduqda belə olur", - deyə Vens əlavə edib.

Elvin

Ölkə.az

Seçilən
74
1
olke.az

2Mənbələr