futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Şamaxı” Misli Premyer Liqasının XXXII turunda “Turan Tovuz”u məğlub edib.
Futbolpress.az-ın məlumatına görə, meydan sahiblərinin üçüncü qolundan sonra klub rəhbərləri arasında mübahisə düşüb.
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev şamaxılı azarkeşlərin onlara qarşı qıcıqlandırıcı şüarlarından sonra həmkarı Elçin Usuba yaxınlaşdı və ona “Elçin, biz sizi Tovuzda belə qarşılamamışdıq, azarkeşləri sakitləşdirin” deyə, bildirdi. Usub isə öz növbəsində mühafizə xidmətini məsələ haqda məlumatlandırdı.
Ancaq fanatlar şüarlara davam etdi. Bundan sonra Quliyev növbəti dəfə “Şamaxı” rəhbərinə iradını bildirdikdən sonra azarkeşlər sakitləşdirildi.
“Şamaxı” – “Turan Tovuz” oyunu meydan sahiblərinin qələbəsiylə başa çatıb – 3:2.
Şahin Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.