AZ

Pakistanın Daxili İşlər naziri İran səfərində danışıqlar sənədinə razılıq əldə etməyi hədəfləyir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Pakistanın Daxili İşlər naziri Mohsin Razi Nakvi Tehran səfəri zamanı danışıqlar sənədinə dair razılıq əldə etməyi hədəfləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, “ABŞ tərəfi danışıqlar sənədinin konkret maddələrinə cavab tələb edib”. Mənbələr əlavə ediblər ki, “Pakistanın daxili işlər naziri İran səfərində konkret razılıq əldə etməyi hədəfləyir”. Onların sözlərinə görə, “hələ həll olunmamış məsələlər, o cümlədən nüvə məsələləri üzrə danışıqlar üçün qapı açıqdır”.

Əvvəllər İranın "Tasnim" agentliyi xəbər vermişdi ki, İranın daxili işlər naziri İskəndər Momeni Pakistanlı həmkarı ilə görüş keçirib və görüşdə ABŞ-la İran arasındakı konflikti tənzimləmək üçün danışıqların bərpası perspektivləri müzakirə olunub. Məlumata görə, Pakistanın daxili işlər naziri iki günlük rəsmi səfərlə Tehrana gəlib.

Bizintil.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
bizimyol.info

1Mənbələr