AZ

Analıq məzuniyyəti əmək stajına daxil ediləcək

3 yaşı tamam olanadək uşağa qulluq edən valideynin sosial məzuniyyət müddəti əmək stajına daxil edilə bilər.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.

Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq edən valideynlərin birinin, yaxud ailənin başqa üzvünün qismən ödənişli sosial məzuniyyət müddətinin məzuniyyət hüququ verən əmək stajına daxil edilməsi istiqamətində müvafiq qanunvericilikdə dəyişikliklər edilməsini zəruri hesab edirlər.

Belə ki, uşağa 3 yaşı tamam olanadək qulluq edən şəxslərin sosial məzuniyyət müddətinin əmək stajına daxil edilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik təklif olunur.

AzPost.az

Seçilən
23
1
azpost.info

2Mənbələr