AZ

Muçi seçimini etdi: "Beşiktaş"a qayıtmayacaq

Bu mövsüm icarə əsasında "Trabzonspor"da forma geyinən "Beşiktaş"ın futbolçusu Ernest Muçinin taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, "Trabzonspor" albaniyalı futbolçunun satınalma hüququndan istifadə edərək onu birdəfəlik heyətinə qatıb.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Qara Dəniz təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün "Beşiktaş"a 8.5 milyon avro ödəyəcək.

Sergen Yalçının "ağ-qaralar"a baş məşqçi təyinatından sonra Muçini icarəyə göndərən klub futbolçunu geri qaytarmağa isti yanaşsa da, Muçi "Trabzonspor"da qalmağən tərəfdarı olub.

Qeyd edək ki, Muçi bu mövsüm "bordo-mavilər"in heyətində bütün turnirlər daxil çıxdığı 34 matçda 15 qol, 9 assistlə yadda qalıb. 

“Bavariya” qapıçısı ilə yeni müqavilə İMZALADI

DÇ-2026: Sinqo və Aqbadu HEYƏTDƏ

DÇ-2026: Belçika millisinin HEYƏTİ AÇIQLANDI

"Fənər"dən Jesuşa sərvət: İllik 15 milyon avro

"Çelsi" - "Siti" finalı bu kanalda - TV Afişa

Seçilən
97
1
apasport.az

2Mənbələr