AZ

HƏMASİzzəddin əl-Həddadın ölümünü təsdiqlədi

Fələstin HƏMAS hərəkatın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının lideri İzzəddin əl-Həddadın ölümünü təsdiqləyib.

Teleqraf xəbər verir ki, bəyanat HƏMAS-ın Telegram kanalında dərc edilib.

Bəyanatda deyilir: "İzzəddin əl-Həddad İsrailin Qəzza zolağına endirdiyi hava hücumunda öldürülüb". Hərəkat həmçinin əl-Həddadın həyat yoldaşı və qızının onunla birlikdə öldürüldüyünü iddia edir.

Mayın 15-də İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ın hərbi qanadının rəhbərinin öldürüldüyünü elan edib.

Seçilən
46
teleqraf.com

1Mənbələr