ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının XXXII turunun “Qarabağ” – “İmişli” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
– Azarkeşlərə təşəkkür edirəm. Uzun yol gəlib, bizə dəstək oldular. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Son oyunda əlimizdən gələni edəcəyik. İlk hissə bərabər səviyyədə keçdi, üstünlük rəqibdə olsa da, keyfiyyətli əks-hücumlar qurduq. 3-4 oyunçumuz zədəlidir. Buna baxmayaraq, ilk yarıda yaxşı müdafiə olunduq. İkinci hissədə qolu tez buraxdıq. Bu çətinlik yaratdı. Belə olacağını bilirdik. Rəqib layiqli qələbə qazandı. Onları Avropa Liqasına vəsiqə münasibəti ilə təbrik edirəm. İkinci hissədə gənc, yerli futbolçular oynadı. Bu onlar üçün vacibdir. Futbolçuların futbolun nəbzini hiss etməsi bizim üçün borcdu. İstəyimizə üç tur əvvəl nail olmuşuq. Oyunçularımı təbrik edirəm.
– Dioqo Almeyda üçün mövsüm bitib?
– Bəli.
– Klubdakı taleyiniz necə olacaq?
– Mediada dolaşan xəbərlər düzgün deyil. Dəqiq olan odu ki, fikrim son tura qədər “İmişli”dədi.
– Andrey Sinenka hardadı?
– Məşqlərdə qoşulur, Bakıdadı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.