AZ

Vladimir Putin və BƏƏ Prezidenti İran münaqişəsi ilə bağlı diplomatiyanın vacibliyini vurğulayıb

BAKI,TurkicWorld Yusif Şərifzadə

Rusiya və Birləşmiş Ərəb Əmirlikləri liderləri regional təhlükəsizlik və diplomatik proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Bakı, AzerVoice, Yusif.

TurkicWorld xəbər verir ki, Kremlin yaydığı məlumata əsasən, Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.

Məlumata görə, tərəflər İran ətrafında yaranmış vəziyyət və regional prosesləri müzakirə edərək kompromis əsaslı sülh razılaşmalarına nail olmaq üçün siyasi və diplomatik səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Görüş zamanı regional sabitlik və gərginliyin azaldılması istiqamətində diplomatik mexanizmlərin əhəmiyyəti də ön plana çıxarılıb.

Kremlin məlumatında həmçinin bildirilib ki, Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı humanitar məsələlərdə göstərdiyi dəstəyə görə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib.

Seçilən
33
turkic.world

1Mənbələr