AZ

Azərbaycan gimnastları “AGF Trophy”də növbəti medalları qazandılar

Azərbaycan gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində uğurlu çıxışlarını davam etdirirlər.

90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın son günündə yığma üzvləri daha bir neçə medal qazanıblar.

Dəniz Əliyeva dayaqla tullanmada bütün rəqiblərini geridə qoyaraq qızıl medal əldə edib. Həmçinin Rəsul Əhmədzadə gimnastika atında, Nikita Simanov isə halqalar proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bununla yanaşı, Dəniz Əliyeva müxtəlif hündürlüklü qollar proqramında gümüş medal qazanıb. Xədicə Abbaszadə (dayaqla tullanma), İlham Salayev (sərbəst hərəkətlər) və Leyla Məmmədzadə (müxtəlif hündürlüklü qollar) isə bürünc mükafata sahib olublar.

Qeyd edək ki, 5 ölkədən 50-yə yaxın gimnastın iştirak etdiyi “AGF Trophy” beynəlxalq turnirinə bu gün yekun vurulacaq.

Seçilən
49
90deqiqe.az

1Mənbələr